itemsatis.az – İSTİFADƏ QAYDALARI
itemsatis.az veb-saytına daxil olduğunuz və ya mobil tətbiqetməni (əgər mövcuddursa) cihazınıza yüklədiyiniz andan etibarən, aşağıda yazılan qaydaları bütünüyle anladığınızı və qeyd-şərtsiz qəbul etdiyinizi bəyan etmiş sayılırsınız.
1. TƏRƏFLƏR VƏ MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu "İstifadə Qaydaları", Ziyarətçi, Üzv, İstifadəçi, Satıcı və ya Alıcı olaraq itemsatis.az platformasına daxil olan, yaşından asılı olmayaraq bütün şəxsləri əhatə edir. Bu şərtləri qəbul etmirsinizsə, xahiş edirik saytdan istifadə etməyin. 1.2. Platformanın sahibi və idarəedicisi bundan sonra "Şirkət" və ya "itemsatis.az" olaraq adlandırılacaqdır. Şirkət, platformadakı məlumatları, qiymətləri, kampaniyaları və bu Qaydaları əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirmək hüququna malikdir. 1.3. Qaydalara edilən dəyişikliklər saytda dərc edildiyi andan qüvvəyə minir. İstifadəçilər qaydaların dəyişdirilməsi ilə bağlı birtərəfli tələb irəli sürə bilməzlər.
2. TƏRİFLƏR
-
SAYT: Şirkətə məxsus olan www.itemsatis.az domen adı və ona bağlı alt domenlər.
-
MOBİL TƏTBİQ: App Store və Google Play mağazalarından yüklənən itemsatis.az proqram təminatı.
-
XİDMƏTLƏR: Satıcı və Alıcıların platforma üzərindən əlaqə qurması, məhsul siyahılaması, satışı və ödəniş əməliyyatları daxil olmaqla təklif olunan vasitəçilik xidmətləri.
-
ZİYARƏTÇİ: Sayta daxil olan, lakin qeydiyyatdan keçməmiş şəxs.
-
ÜZV / İSTİFADƏÇİ: Saytda hesab yaradan fiziki və ya hüquqi şəxs.
-
SATICI: Sayt vasitəsilə rəqəmsal məhsul satan Üzv.
-
ALICI: Sayt vasitəsilə məhsul alan Üzv.
-
MƏHSUL (E-PIN): Fiziki olmayan, anında çatdırılan rəqəmsal kodlar, oyun valyutaları və ya oyun hesabları.
-
ÖDƏNİŞ SİSTEMİ: Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən banklar və ya elektron ödəniş sistemləri.
3. İSTİFADƏ ŞƏRTLƏRİ VƏ MƏSULİYYƏT
3.1. itemsatis.az, istifadəçilər arasında vasitəçilik edən bir platformadır. Şirkət, Satıcılar tərəfindən yerləşdirilən elanların məzmununa, doğruluğuna və qanuniliyinə görə birbaşa zəmanət vermir. 3.2. Platforma "Elektron ticarət haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq "Vasitəçi Xidmət Təchizatçısı" kimi fəaliyyət göstərir. 3.3. İstifadəçilər platformada qeydiyyatdan keçərkən təqdim etdikləri məlumatların doğruluğuna cavabdehdirlər. Yanlış məlumat verilməsi nəticəsində yaranan zərərə görə Şirkət məsuliyyət daşımır. 3.4. Məlumatların Qorunması: Şirkət, istifadəçi məlumatlarını "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qoruyur. Lakin, hüquq-mühafizə orqanlarının rəsmi sorğusu olarsa, istifadəçi məlumatları (IP ünvanı, əməliyyat tarixçəsi və s.) müvafiq orqanlara təqdim edilə bilər. 3.5. itemsatis.az saytında 18 yaşından kiçik şəxslərin alış-veriş etməsi tövsiyə edilmir. Valideyn nəzarəti olmadan edilən əməliyyatlara görə platforma məsuliyyət daşımır. 3.6. Kənar Keçidlər: Sayt daxilində başqa veb-saytlara keçidlər (linklər) ola bilər. Həmin saytların təhlükəsizliyinə və məzmununa görə itemsatis.az cavabdeh deyil. 3.7. Qiymət və Stok: itemsatis.az bəzi məhsulları rəsmi dilerlərdən (3-cü tərəf firmalar) API vasitəsilə təmin edir. Stok və qiymət dəyişiklikləri anlıq ola bilər. Sistem xətası səbəbindən yaranan qiymət səhvlərində (məsələn, bazar dəyərindən qat-qat aşağı qiymət) Şirkət sifarişi ləğv edib ödənişi geri qaytarmaq hüququna malikdir.
4. MƏHSULUN TƏHVİLİ, QAYTARILMASI VƏ DƏYİŞDİRİLMƏSİ
4.1. Cayma Hüququnun İstisnası: Alıcı qəbul edir ki, itemsatis.az saytından alınan məhsullar (E-PIN, Rəqəmsal Kodlar, Oyun Hesabları) "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, "istehlakçıya anında təslim edilən qeyri-maddi mallar" kateqoriyasına aiddir. Buna görə də, məhsul (kod) istifadəçiyə göstərildiyi andan etibarən qaytarılma və ya dəyişdirilmə hüququ yoxdur. 4.2. Yalnız kodun işləmədiyi rəsmi olaraq sübut edilərsə (video sübut və ya istehsalçı firmanın təsdiqi ilə), dəyişdirmə və ya pul qaytarma prosesi başladılır. Bu araşdırma prosesi 1-30 iş günü çəkə bilər. 4.3. Video Qeydiyyat Şərti: Satın alınan rəqəmsal məhsulun (xüsusilə hesablar və açarlar) işləkliyini sübut etmək üçün, Alıcı satın alma anından etibarən fasiləsiz video çəkməlidir. Video sübutu olmayan şikayətlər üzrə maddi zərəri itemsatis.az qarşılamır. 4.4. Minecraft Qaydaları: Minecraft "Altın Paket" (və ya bənzəri) məhsullarda Alıcıya maksimum 3 dəfə dəyişim haqqı verilir. Bu limit aşılarsa, hesab statusu aşağı salınır və dəyişim yalnız Dəstək xidməti vasitəsilə həyata keçirilir. 4.5. Platforma Dəyişiklikləri: Microsoft və ya digər oyun şirkətlərinin etdiyi qlobal yeniləmələr nəticəsində oyun hesablarında yaranan problemlərə görə itemsatis.az məsuliyyət daşımır. 4.6. Hesab Təhlükəsizliyi: Satın alınan oyun hesablarının şifrəsi, e-poçtu dəyişdirildikdən sonra məsuliyyət tamamilə Alıcıya keçir. E-poçtu dəyişdirilən məhsullarda zəmanət qüvvədən düşür.
5. QADAĞAN OLUNMUŞ FƏALİYYƏTLƏR
5.1. Sayt daxilində reklam etmək, spammı yaymaq, təhqiramiz ifadələr işlətmək, siyasi təbliğat aparmaq, terroru və ya narkotik vasitələri təbliğ etmək qəti qadağandır. 5.2. Bu qaydaları pozan istifadəçilərin hesabları bloklanır və lazım gəldikdə məlumatları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və ya Dövlət Təhlükəsizlik Xidmətinə ötürülür.
6. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
6.1. Saytın dizaynı, proqram təminatı, verilənlər bazası və məzmunu itemsatis.az-a aiddir. İcazəsiz kopyalamaq, "bot" və ya "script" vasitəsilə məlumat çəkmək qadağandır. 6.2. Saytda nümayiş olunan oyun loqoları və adları müvafiq şirkətlərin mülkiyyətidir və yalnız tanıtım məqsədilə istifadə olunur.
7. MÜCBİR SEBEPLƏR (FORS-MAJOR)
Təbii fəlakətlər, müharibə, internet infrastrukturu problemləri, elektrik kəsintiləri və rəsmi dövlət qərarları kimi Şirkətin nəzarətindən kənar hallarda xidmətlərin gecikməsinə görə Şirkət məsuliyyət daşımır.
8. TƏTBİQ OLUNACAQ HÜQUQ VƏ MƏHKƏMƏ
8.1. Bu Qaydaların tətbiqində və yaranan mübahisələrin həllində Azərbaycan Respublikasının qanunvericiliyi əsas götürülür. 8.2. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, işə Azərbaycan Respublikası Məhkəmələrində baxılacaqdır.
İstifadəçi sayta daxil olmaqla yuxarıdakı bütün şərtləri oxuduğunu və qəbul etdiyini təsdiqləyir.